Taksi sürücüsü və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı

Taksi sürücüsü və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı
 

Nəsimi Rayon Pois İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, paytaxt sakini Rahil Əliyev polisə şikayət edərək bildirib ki, idarə etdiyi "VAZ 21012" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxs onu qorxudaraq 100 manat dəyərindəki "Samsung" markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Nəsimi RPİ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Tbilisi prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2000 manat oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, hadisə zamanı V.Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı V.Hüseynov paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elvin Əliyev və Vüsal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...