Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti artırıldı

Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti artırıldı

Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırılıb.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb.

O bildirib ki, vizasız gediş-gəlişi haqqında Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə fevralın 25-də keçirilən "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın iclasında imzalanıb.

İclasda həmçinin "Güzəştli Ticarət Sazişi” və Naxçıvana dəmir yollarının inşası haqqında razılaşmalar da daxil olmaqla 13 saziş və 1 birgə bəyannamə imzalanıb.

"İki ölkə vətəndaşları indiyə qədər qarşılıqlı olaraq 30 günə qədər turist kimi vizasız səyahət edə bilirdilər. Yeni sazişlə bu müddət 90 günə qədər artırılıb. Bunun nəticəsi olaraq gediş-gəlişlər asanlaşacaq, məhdudiyyətlər aradan qaldırılacaq. Çünki məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyə vətəndaşların şikayətlərinə səbəb olurdu”, – səfir bildirib.


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...