Əli Əsədovdan dərsliklərlə bağlı QƏRAR

Əli Əsədovdan dərsliklərlə bağlı QƏRAR
 
Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

 
Bu Qayda "Ümumi təhsil haqqında” qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanıb.Qayda ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyənləşdirir.

Qanunun adıçəkilən maddəsinə görə, ümumi təhsil müəssisələri üçün dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydalar əsasında hazırlanır.

Qərarda dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi məsələləri də öz əksini tapıb.

Bu vasitələrin tərtibi fiziki və hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər.

Qaydada müvafiq vasitələrin tərtibi zamanı ümumi tələblərin nəzərə alınmasının vacibliyi də vurğulanıb.

Belə ki, materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf yönümlülüyü, dəyər yönümlülüyü, tərbiyə yönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu nəzərə alınmalıdır.

Həmçinin, pedaqoji və metodiki yanaşmalar qabaqcıl nəzəriyyələrə uyğunlaşdırılmalıdır.

Dizayn və tərtibat məntiqli, estetik, müasir olmalıdır.

Təhsil Nazirliyi bütün fənlər üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibini sifariş edir.

Qaydada ümumi təhsil müəssisələrində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi məsələləri də öz əksini tapıb.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Təhsil Nazirliyinin təşəbbüsü əsasında həyata keçirilir.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı üç mütəxəssis cəlb edilir.

Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

Dərsliyə qrif verilməsi üçün müraciətə iki ay ərzində baxılır.

Nazirlər Kabinetinin qərarında müvafiq vasitələrin nəşri ilə bağlı maddələr də var.

Bildirilir ki, özəl ümumi təhsil müəssisələri üçün vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün isə dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına müəyyənləşir.

Həmçinin, "Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, təşkil edilən satınalma yolu ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...