İran Türkiyə simvollarını ölkədən yığışdırır
Gündəm
10:36 / 05.03.2016
2614
İranda türk ölkələrinin bayraqları və türk kimliyinin digər simvolik elementlərinə qarşı həssaslıq artıb.
Sfera.az publika.az-a istinadən bildirir ki, son vaxtlar İranın müxtəlif şəhərlərində mağaza tabloları, bannerlər və insanların geyimləri polis tərəfindən ciddi şəkildə yoxlanılır.
Məlumata görə, İran polisi Türkiyə malları satan mağazalara da türk bayrağının asılmasına icazə vermir.
Qeyd edək ki, İranda Türkiyə istehsalı olan malların satıldığı mağazalarda reklam üçün Türkiyə bayrağından istifadə edilir.