Azərbaycan Ümumdünya Poçt Konvensiyasına qoşuldu

Azərbaycan Ümumdünya Poçt Konvensiyasına qoşuldu

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında" və "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında" qanunu layihələri müzakirə edilib.

Sfera.az APA-ya istinadən bildirir ki, layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokolu"na dair bəyanat qəbul edib.
 
Bəyanatda deyilir: "Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokolu"nun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil. Azərbaycan bəyan edir ki, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokolunun müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan respublikasına münasibətdə tətbiq edilməyəcək. Azərbaycan respublikası bu bəyanatın 1-ci və 2-ci hissələrinin müddəalarını istənilən vaxt dəyişmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar".
 
Sənəd səsə qoyularaq qəbul olunub.


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...