Aktrisa qəzaya düşdü - Fotolar
Maqazin
12:18 / 04.03.2016
12010
Türkiyəli aktrisa Semra Güzel qəzaya düşüb.
"Qafqazinfo” Hürriyet-ə istinadən xəbər verir ki, qəza ötən gün axşam saatlarında E-5 Karayolu ilə Okmeydanı qovşağında baş verib.
Toqquşma zamanı təhlükəsizlik yastığı aktrisanı ölümdən xilas edib.
Semra təcili olaraq xəstəxanaya aparılıb, səhhətinin normal olduğu bildirilib.



