Renat Dadaşov "Espanyol"la oyunun iştirak ərizəsinə salınmadı

İdman
00:15 / 21.02.2020
2554
Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində İngiltərənin "Vulverhempton" klubu İspaniya təmsilçisi "Espanyol"u qəbul edəcək.
Sfera.az xəbər verir ki, "Vulverhempton" Avropa Liqasının oyunları üçün Azərbaycan millisinin üzvü Renat Dadaşovu sifariş etsə də, 20 yaşlı hücumçu bu qarşılaşmada iştirak etməyəcək. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.