MSK sədri dəyişdirilir

MSK sədri dəyişdirilir
Rusiya Prezidenti Vladimir Putin sentyabrda keçiriləcək parlament seçkisi öncəsi MSK sədrini siyahısından çıxarıb.
Sfera.az azadliq.org-a istinadən xəbər verir ki, martın 3-də Putin 15 üzvlük Mərkəzi Seçki Komissiyasına 5 namizədini irəli sürüb. Namizədlərdən biri insan haqları ombudsmanı Ella Pamfilova-dır. Komissiyanın hazırkı sədri Vladimir Churov siyahıya salınmayıb.
Kremlin sözçüsü Dmitry Peskov deyib ki, prezident "öz namizədlərini təyin edib” və komissiyaya dəyişiklik "rutin rotasiyadır”. Onun sözlərinə görə, Putinin namizədləri müxtəlif siyasi baxışlara malikdir.
Putinin yaxın dostu olan Churov 2007-ci ildən MSK sədridir və vəzifə müddəti martın 27-də bitir. Tənqidçilər onu seçkini saxtalaşdırmaqda ittiham edir.
Pamfilova isə 2014-cü ildə ombudsman təyin olunub, tanınmış insan haqları fəalıdır, dövlət və vətəndaş qrupları arasında dialoqu təşviq edir.

OXŞAR XƏBƏRLƏR