Avropa Liqasında 1/16 final mərhələsi başlayır

Avropa Liqasında 1/16 final mərhələsi başlayır
 

Avropa Liqasında pley-off mərhələsinə start verilir.

Sfera.az xəbər verir ki, sabah 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

Bu raundda ən çox klubla təmsil olunan ölkə Portuqaliyadır. Adıçəkilən ölkənin 4 təmsilçisi 1/8 final mərhələsi uğrunda mübarizə aparacaq. "Böyük beşlik”dən İngiltərə, Almaniya və İspaniyanın 3, İtaliyanın isə 2 komandası Avropanın ən nüfuzlu ikinci klub turnirində iştirak edəcək.

"Qarabağ”ın yer aldığı qrupdan çıxan "Sevilya” Rumıniyada ÇFR-in qonağı olacaqsa, APOEL Kiprdə "Bazel”i qəbul edəcək.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton” "Espanyol”a qarşı ilk görüşü öz meydanında keçirəcək. Dadaşov ispanlarla matçda Premyer Liqa klubunun heyətində debüt edə bilər.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşəhər” isə "Sportinq”lə ilk duelinə Portuqaliyada çıxacaq.

Avropa Liqası
1/16 final, ilk oyunlar
20 fevral

21:55. ÇFR (Rumıniya) – "Sevilya” (İspaniya)
21:55. "Brügge” (Belçika) – "Mançester Yunayted” (İngiltərə)
21:55. "Ayntraxt” (Almaniya) – "Zalsburq” (Avstriya)
21:55. "Kopenhagen” (Danimarka) – "Seltik” (Şotlandiya)
21:55. "Xetafe” (İspaniya) – "Ayaks” (Hollandiya)
21:55. "Ludoqorets” (Bolqarıstan) – "İnter” (İtaliya)
21:55. "Şaxtyor” (Ukrayna) – "Benfika” (Portuqaliya)
21:55. "Sportinq” (Portuqaliya) – "Başakşəhər” (Türkiyə)
00:00. APOEL (Kipr) – "Bazel” (İsveçrə)
00:00. "Roma” (İtaliya) – "Gent” (Belçika)
00:00. "Alkmar” (Hollandiya) – LASK (Avstriya)
00:00. "Bayer” (Almaniya) – "Portu” (Portuqaliya)
00:00. "Olimpiakos” (Yunanıstan) – "Arsenal” (İngiltərə)
00:00. "Reyncers” (Şotlandiya) – "Braqa” (Portuqaliya)
00:00. "Volfsburq” (Almaniya) – "Malmö” (İsveç)
00:00. "Vulverhempton” (İngiltərə) – "Espanyol” (İspaniya)

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları fevralın 26-27-də keçiriləcək.



OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...