Azərbaycanlı sənətkara yüksək vəzifə - Türkiyədə

Azərbaycanlı sənətkara yüksək vəzifə - Türkiyədə

Azərbaycanlı sənətkar Türkiyənin ən böyük teatrında bədii rəhbərin müavini təyin edilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib. Şəhər teatrlarının fəaliyyətinin gücləndirilməsi planları çərçivəsində bu vəzifəyə gətirilən Məlahət Abbasova verdiyi açıqlamada ona göstərilən etimaddan çox məmnun olduğunu vurğulayıb. Təyinata görə İstanbul bələdiyyə bakanlığına, bələdiyyənin mədəniyyət idarəsinin rəisi Əbdürrəhman Şənə, İstanbul şəhər teatrlarının müdiri Saleh Əflioğluna və Şəhər teatrlarının bədii rəhbəri Süha Uyğura təşəkkürünü bildirən azərbaycanlı sənətkar deyib: "Avropa və Asiya qitələrinin ən böyük sənət ocaqlarından biri olan İstanbul bələdiyyəsi Şəhər teatrlarının 7 salonu,1000-dən artıq əməkdaşı var. Bu cür mötəbər bir sənət ocağında bədii rəhbəri kimi məsul vəzifəyə təyin edilməyimi 25 ildən bəri bu qurumda çəkdiyim zəhmətə verilən mükafat kimi qiymətləndirirəm. Qurumda fəaliyyət göstərən yeganə azərbaycanlının məsul vəzifəyə təyin edilməsi də önəmli hadisə sayılmalıdır. Şəhər teatrlarının əməkdaşları ilə daima hərarətli münasibətlərimiz olub, məni burada hamı sevib,mən də öz işimə daima məsuliyyətlə yanaşmışam. İstanbul bələdiyyəsi Şəhər teatrlarının fəaliyyətini daha da gücləndirməyimiz üçün əlimdən gələn hər şeyi edəcəyəm".

Şəhər teatrlarındakı stajı nəzərə alınaraq ən yüksək məmur statusu qazandığını da sözlərinə əlavə edən Məlahət Abbasova indiyə qədər olduğu kimi bundan sonrakı fəaliyyətində də Azərbaycan dramaturgiyasının önəmli əsərlərinin Şəhər teatrlarında tamaşaya qoyulmasında fəal iştirak edəcəyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...

İlham Əliyev Müqəddəs Məryəm Ana kilsəsində oldu, Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı i...

Papanın tabutu ilə çəkilən şəkillər hiddət yaratdı - FOTOLAR

Papa Fransiskin tabutunun yanında çəkilən “selfie”lər dindarlar arasında hiddət doğurub.   Sfera.az xəbər verir ki, təxminən 20 000 mömin...

Şəhərdə tanımadığı şəxs tərəfindən bıçaqlandı

Şəmkir sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. &n...

Ötən il boşanan Ülviyyənin yanındakı "Ərəb şeyxi" kimdir? - FOTO

Aktyor həyat yoldaşı Murad İsmayıldan boşanan aktrisa Ülviyyə Xəlilbəyovanın paylaşımı marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o sosial şəbəkə ...

"Qlobal iqtisadiyyat kritik mərhələdədir" - Siluanov

“Qlobal iqtisadiyyat maliyyə sabitliyinə artan risklər və inflyasiya təzyiqləri fonunda kritik mərhələyə daxil olub”. Sfera.az xarici KİV-ə ist...