“Dava edən” azarkeşlərdən polisə doğum günü sürprizi - VİDEO

“Dava edən” azarkeşlərdən polisə doğum günü sürprizi - VİDEO
 

Türkiyənin futbol üzrə ikinci liqasında mübarizə aparan "AFJET Afyonspor” klubunun azarkeşləri stadionda xidmət aparan polisə sürpriz hazırlayıblar.

Sfera.az xəbər verir ki, çempionatın 23-cü turunda "1922 Konyaspor”u qonaq edən komandanın azarkeşləri polis əməkdaşı Engin Çakının doğum günü olduğunu öyrəndikdən sonra ona sürpriz hazırlamağa qərar veriblər.

Azarkeşlər niyyətləri barədə stadiondakı digər polisləri də məlumatlandırıblar.

Qarşılaşmanın ilk hissəsinin başa çatmasından sonra - fasilədə "AFJET Afyonspor” azarkeşləri özlərini guya dava edirmiş kimi göstəriblər. Vəziyyətə müdaxilə etmək üçün azarkeşlərin arasına girən polis əməkdaşı Engin Çakına bu zaman sürpriz edilib.

Azarkeşlər Engin Çakın aralarına daxil olan kimi ona "Ad günün mübarək” şüarını səsləndiriblər.

Komanda azarkeşləri polis üçün tort hazırlamağı da unutmayıblar. Tortun üzərindəki şamları üfürən polis əməkdaşı azarkeşlərə təşəkkür edib.




OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...