Azərbaycanlı Xalq artistinin arvadının lüks mənzili - FOTO

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı - Rusiyanın Xalq artisti Anna Netrebko Avstriyanın paytaxtı Vyana şəhərindəki lüks mənzilini izləyicilərinə nümayiş etdirib.
Sənətçi mənzilinin görüntülərini "Instagram” hesabında paylaşıb.
"Uzun illər davam edən səyahət və işlərdən sonra on gün evdə olmaq xoşbəxtlikdir” – deyə, A.Netrebko bildirib.
48 yaşlı müğənninin mənzilinin fərqləndirici xüsusiyyəti - parlaq mebel, divarlarda asılan bir-birindən rəngarəng rəsmlər və Netrebkonun portretidir. Rəflərdə isə gözəl suvenirlər və müxtəlif ölkələrdən gətirilən bıçaq kolleksiyası var.
A.Netrebko tez-tez dünyanın müxtəlif yerlərindən suvenirlər gətirir, sonra bu əşyalar evin interyerinin bir hissəsinə çevrilir. Diqqət çəkən isə evin bir küncündə asılan böyük Venesiya maskasıdır.
A.Netrebko müasir Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biridir. O, 2015-ci ildə Xalq artisti Yusif Eyvazovla ailə həyatı qurub. (Oxu.az)