“ANS-dən tələb olunan 161 min manat...” - MTRŞ sədri

“ANS-dən tələb olunan 161 min manat...” -  MTRŞ sədri

“Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra bu səlahiyyətlərin digər telekanallara deyil, daha çox ANS qarşı istifadə edildiyi barədə iddia tamamilə səhvdir”.

Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.

MTRŞ-in bütün televiziya kanallarına bərabər münasibət bəslədiyini deyən N. Məhərrəmli ANS-in “hamıdan ağıllıyam” prinsipi ilə hərəkət etdiyini bildirib: “Sadəcə, bir televiziya kanalı bir şey olanda, “hamıdan ağıllıyam” prinsipi ilə özünü hamıdan qabağa verir. Ancaq bu, tamamilə əksinə, yarıtmaz bir işdir və ona görə onlar cavablarını da alırlar. Milli Televiziya və Radio Şurası bundan sonra da səlahiyyətlərini qətiyyətlə həyata keçirəcək”.

MTRŞ sədri ANS üçün tətbiq edilən 161 min manat cərimənin miqdarının kifayət qədər böyük olması fikri ilə razılaşmayıb: “Əksinə, cərimələr çox aşağıdır, qanun pozuntuları isə kifayət qədər çoxdur. Cərimələr 5-8 min manat aralığında olan cərimələrdir. Lakin qanun pozuntuları çox olduğu üçün həmin ümumi cərimə məbləği də elə yüksək görünür”.

MTRŞ-in səlahiyyətlərin artırıldığı oktyabr ayından ötən dövr ərzində digər telekanalları cərimələmək zərurəti görüb-görmədiyi, telekanalları bağışlayıb-bağışlamadığına gəlincə, N. Məhərrəmli bir sıra telekanallarla mütəmadi iş aparıldığını qeyd edib: “Hər hansı televiziya kanalı ona qarşı qaldırılan iradı qəbul edir və çatışmazlıqları düzəltməyə çalışırsa, Milli Televiziya və Radio Şurası da müvafiq addım atır. Amma bəzi telekanallar qaşınmayan yerdən qan çıxaranda təbii ki, Milli Televiziya və Radio Şurası da qanunun sərtliyini ona göstərir”.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...

İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş v...

Beyləqanda körpənin ölüm səbəbi məlum olub

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. ...