No Image
No Image

"Razılaşmaları şübhə altına almaq cəhdləri baş tutmayacaq" - Lavrov

Bakıda bugünkü danışıqlarımızın əvvəlində Azərbaycan Prezidenti ümumi şəkildə qeyd etdi ki, noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir. Sizin indicə xatırlatdığınız kimi, biz də qeyd edirik ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar:

"İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar.

Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm. Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik".


OXŞAR XƏBƏRLƏR

Paşinyanın yaxın ətrafı döyüşlərlə bağlı HƏR ŞEYİ ETİRAF ETDİ: Nikol elə bilirdi ki, Əliyev... - SENSASİYA

Ermənistanda Paşinyanın yaxın ətrafı müharibə ilə bağlı hər şeyi etiraf edib. Sfera.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın diplomatik çevrə...

Azərbaycana yardım göstərməyə hazırıq - Quterreş

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. Sfera.az xəbər veri...

Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov İordaniyanın baş nazirinin müavini, xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safadi ilə Qarabağ münaqişəsinin ...

Rus icması da Əliyevə məktub ünvanladı: Darmadağın edildi

Azərbaycanın Rus İcması Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevə təbrik məktubu ünvanl...

Elmira Axundova ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif olunmuş for...

“Böyük Ermənistan”dan əl çəkmələri... - BAXCP

Ümid edirəm, ECRP və Aİ Ermənistanın siyasi partiyalarının, o cümlədən ECRP-nin üzvü olan Çiçəklənən Ermənistan Partiyasının "Böyük Ermənistan” ideyasınadan əl ...