“Rayonun girişinə şlaqbaum qoyacağıq?” – Deputatlar Şuşa və Kəlbəcərə girişin pullu olması təklifi haqda

“Rayonun girişinə şlaqbaum qoyacağıq?” – Deputatlar Şuşa və Kəlbəcərə girişin pullu olması təklifi haqda
"Belə çıxır ki, Kəlbəcərə getmək istəsəm, pul ödəməliyəm?”

Bu sözləri Sfera.az-a açıqlamasında keçmiş deputat Etibar Hüseynovun istirahətə gələnlər üçün Şuşa, Kəlbəcər, Ağdama rayonlarına girişin pullu olması barədə səsləndirdiyi təklifə münasibət bildirərkənMilli Məclisin deputatı Aqil Abbas deyib:

"İşğaldan azad edilmiş ərazilərimizə girişin pullu olması təklifi Etibar Hüseynovun öz fikridir. Amma belə bir təklifin reallaşması mümkün deyil. Bir ölkədə yaşayan vətəndaş başqa şəhərə getməyə görə pul ödəməməlidir. Bu ola bilməz, mümkün deyil. 
 
Deputat Elman Məmmədovun da təklifə münasibəti neqativ olub: "İşğaldan azad edilmiş ərazilərdə hər hansı muzey, sərgi açılsa, onu ziyarət etmək pullu ola bilər.  Ancaq hesab edirəm ki, hansısa rayona getmək üçün haqq ödəmək məqsədəuyğun deyil. İşğaldan azad edilmiş ərazilərimizə hamı gedib, gəlməlidir. Rayonun girişinə şlaqbaum qoyacağıq ki, səfər edənlər haqq ödəyib, sonra keçsinlər. Düzgün olmayan fikirdir”.

Deputat Azər Badamov da E. Hüseynovun təklifini yanlış yanaşma kimi dəyərləndirib: "Belə bir fikirlə rastlaşmamışam. Amma kimsə belə fikir bildiribsə, tamamilə düzgün olmayan fikirdir.  Ərazilərimizi orada yaşayışımızı qurmaq, ora həyatın qaytarılması üçün azad etmişik.  Oraları pullu muzeyə çevirmək üçün azad etməmişik ki?  Düzdür, həmin ərazilərdə  erməni vəhşiliklərini nümayiş etdirmək üçün açıq səma altında muzeylər də yaradılacaq. Amma bütün hallarda bu o anlama gəlməməlidir ki, həmin rayonlara giriş pullu olmalıdır.  Əksinə, xaricdən müəyyən insanların gələrək, həmin ərazilərimizi görmələrində maraqlı olmalıyıq.  Bu ərazilərimiz həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar üçün açıq olmalıdır”.

Deputat Fazil Mustafa isə hesab edir ki, əksinə, işğaldan azad edilmiş əraziləri açıq zona elan etməliyik ki, daha çox insanımız orada məskunlaşsın: "Pullu daxil olmaq isə mahiyyətcə işğaldan azad olunmuş ərazilərimizin mənimsənilməsi,  məskunlaşması kursuna uyğun deyil.  Açıq əraziyə çevrilməsi daha doğrudur”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...