No Image
No Image

“Rayonlarda kredit faizi Bakıdan 2 dəfədən artıqdır” – Deputat bankları tənqid etdi

“Rayonlarda kredit faizi Bakıdan 2 dəfədən artıqdır” – Deputat bankları tənqid etdi
"Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər”.

Sfera.az-ın məlumatına görə, bunu deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib: "Mərkəzi Bankın məlumatına görə, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır. Yəni, Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər. Bu iqtisadi rayon üzrə orta kredit faizi 24.25 faizdir. 
 
Uyğun olaraq Dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır”.

Deputatın sözlərinə görə, Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir: "Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəşlərin verilməsi mexanizmdən istifadə oluna bilər”.
 
Günay
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Rayonlarda kredit faizi Bakıdan 2 dəfədən artıqdır” – Deputat bankları tənqid etdi

"Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər”. Sfera.az-ın məlumatına görə, bunu deputat, iqtisadçı-...

Azərbaycanda siqaretlər yenidən bahalaşacaq - Ekspert qiymət artımının vaxtını açıqladı

2021-ci ilin yanvar və fevral ayları ərzində Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi məqsədilə Baş nazir 2 qərar qəbul edib. Həmin qərarlara əsasən 2...

“Bu xərcləri ləğv etsək, uşaqpulu verilə bilər” – Ekspertdən büdcə dəyərləndirməsi

"Əhəmiyyətsiz xərcləri dayandırsaq, uşaqpulunu vermək üçün dövlət büdcəsinin imkanları geniş olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda u...

“Sahibkar dövlət qurumundan çəkinməməlidir...” – Qanun layihəsində hansı məqamlar yer alacaq?

"Dövlət orqanları sahibkarların dostuna çevrilməlidir”. Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin sabahkı iclasında "Sahibkarlıq sahəsində apa...

“ƏDV geri al” sistemində problem – Çeklərin ikinci surətini çıxarırlar?

Artıq ölkədə vətəndaşların əksəriyyəti "ƏDV geri al” sistemindən istifadə edir. Lakin zaman-zaman bununla bağlı probemlər də müşahidə olunur. Belə ki, sosial ...

Dollar Azərbaycanda da bahalaşacaqmı? – Ekspert Türkiyədəki “valyuta zəlzələsi”ni şərh edir

Xəbər verdiyimiz kimi, Türkiyə Mərkəzi Bankının sədrinin istefaya göndərilməsindən sonra ilk birja günündə türk lirəsi dollar qarşısında kəskin ucuzlaşıb. &n...