"Əli Həsənovun vəzifədə olduğu dönəmdə..." - Rauf Arifoğlu

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yenisabah.az-a müsahibə verib. Gündəm mövzuları haqda görüşlərini ifadə edən baş redaktor mətbuatın mövcud problemləri və problemlərin həll olunması istiqamətində təkliflərini də səsləndirib. Diqqət çəkən məqam isə Rauf Arifoğlunun Prezidentin sabiq köməkçisi Əli Həsənov haqda verdiyi açıqlamadır.
 
Sfera.az Rauf Arifoğlunun birmənalı qarşılanmayan həmin fikirlərini olduğu kimi təqdim edir. 
 
- Əli Həsənovun və Vüqar Səfərlinin vəzifədən azad olunmasından sonra bu sektor üçün xarakterik olan çoxsaylı problemlər üzə çıxdı. Təcrübəli biri olduğunuz halda, uzun illər ərzində bu problemlər gözünüzdən necə qaçıb? 

- Bu problemlər gözümüzdən qaçmayıb. Gözümüzü çıxartmaqla təhdid edən problemləri görməmək mümkün deyil axı. Bu barədə Əli Həsənovla şəxsən söhbət eləyərkən də dəfələrlə demişəm, təkliflər irəli sürmüşəm. Əli Həsənovun vəzifədə olduğu dönəmdə ard-arda müsahibələr vermişəm, bu sahədə böyük problemin olduğunu dəfələrlə yazmışam. Onun xoşuna gəlməyib, iradlar edib. Amma belə bir fikir də deyirdi: "Mövcud informasiya siyasətini mən hazırlamamışam, sadəcə mənə hazır verilmiş bir siyasəti idarə edirəm"… Təbii ki, onun dediyi kimi deyildi, Əli Həsənov ölkədə medianın çərçivələrinin, azadlıqlarının daha da daralması üçün özünün ciddi töhfələrini vermis bir məmurdur. Lakin məsələ budur ki, Əli Həsənov vəzifəsindən gedib. İnformasiya sahəsi onun dövründə necə problemli və fəlakətli vəziyyətdə idisə, indi də elədir. Düşünürəm ki, tezliklə bu sahəni düzəltmək lazımdır. Dövlət bu sahəyə öz münasibətini müəyyənləşdirməlidir, çünki bu müəyyənləşməyib. Hesab edirəm ki, ümumilikdə mediaya, onun mövzularına, tənqid imkanlarına çərçivə qoyulmamalıdır. Özünüsenzura mühiti aradan qaldırılmalıdır. Tənqid "importnı mal" olmamalıdır, Azərbaycana xaricdən, ''mühacir mediasından'' xitab etməməlidir. Medianın istər maddi, istərsə də digər asılılıqları var. Reklam haqqında qanun dəyişdirilməlidir. Reklam və elanların bölgüsündə ədalət prinsipi həyata keçirilməlidir. Mətbuat Şurasının statusu müəyyənləşdirilməlidir, hətta dəyişməlidir… Bir sözlə, hakimiyyətdə baş verən inqilabi dəyişiklik mətbuat-media sektorunda da baş verməlidir.

 

Xatırladırıq ki, Əli Həsənov vəzifədən gedərkən Rauf Arifoğlu facebook statusu yazaraq ölkədə ağ inqilabın baş verdiyini qeyd etmişdi. Həmin statusu təqdim edirik:



OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...