Rasim Əliyevin valideynləri növbəti dəfə prezidentə müraciət etdi

Rasim Əliyevin valideynləri növbəti dəfə prezidentə müraciət etdi

Bu il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən, daha sonra isə xəstəxanada vəfat edən ANN.TV-nin reportyoru Rasim Əliyevin ölüm faktı üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə qaldırılan cinayət işinin istintaqı bitib.

Sfera.az ANN.Az-a istinadən xəbər verir ki, valideynlər - atası Məmmədəli Əliyev, anası Teyfurə Əliyeva istintaqın gedişatından narazılıqlarını dilə gətiriblər. Valideynlərin prezident İlham Əliyevə ünvanladığı müraciətin tam mətnini oxuculara təqdim edirik:

"Cənab prezident,

Bildiyiniz kimi, oğlumuz jurnalist Rasim Əliyev 8 avqust 2015-ci il tarixində bir qrup şəxs tərəfindən amansızcasına döyüldükdən sonra çoxsaylı xəsarətlərlə 1 saylı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdir. O, 9 avqust 2015-ci il tarixində həmin xəstəxanada vəfat etmişdir. Ölüm faktı üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılaraq istintaq başlanmışdır. İstintaq tədbirləri nəticəsində şübhəli şəxs qismində Cavid Hüseynov, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir.

10 dekabr 2015-ci il tarixində bu cinayət işi üzrə istintaq bitib. Lakin istintaqın nəticələri valideyn kimi bizi narahat edir. Belə ki, bizim və şahidlər tərəfindən istintaqa təqdim olunmuş çoxsaylı faktlara baxmayaraq, həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatətimizə 21.12.2015 tarixində istintaq rədd cavabı verib. İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdə çoxsaylı ziddiyətlər var, hansılar ki, istintaq tərəfindən araşdırılmalı idi. Bu fakt bizi narahat etməyə bilməz.

Həmçinin dekabrın 22-də təqsirləndirilənlər Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126 .3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Şəhər Prokurorluğundan Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri üzrə təqsirləndirilən digər şəxs Cavid Hüseynova gəlincə isə, onun işi ayrıca icraata ayrılaraq məhkəməyə göndərilmək mərhələsindədir. Bu fakt bizi narahat edir və Cavid Hüseynovun prokurorluq tərəfindən müdafiə olunduğuna dair şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, əgər Cavid Hüseynov barədə cinayət işi üzrə icraat ayrılmalı idisə, bu, istintaq dövründə edilərək, bizlərə ayrıca iş kimi təqdim olunmalıydı. Lakin biz və qarşı tərəf iş materialları ilə bir cinayət işi kimi tanış olmuşuq.

Cənab prezident, yuxarıda qeyd etdiyimiz narahatlıqlar sizə müraciət etməyimizə səbəb olmuşdur. Siz hadisə baş verdiyi zamandan etibarən bu işi öz şəxsi nəzarətinizə götürmüsünüz və bir qarant kimi sizdən xahiş edirik ki, oğlumuzun ölümünün səbəblərini dəqiq və qərəzsiz araşdırılmasını təmin edəsiniz".


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...