Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir”

Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir”
 
Bu gün Kapital Bank, ölkə üzrə filial şəbəkəsinə, partnyor şəbəkəsinə, bazarda
olan taksit kart müştərilərinin sayına və digər bir sıra meyarlarına görə liderdir. 3
milyondan artıq müştəriyə xidmət göstərən ölkənin birinci bankı demək olar ki, hər
ay yeni aksiya və kampaniyalarını müştərilərin ixtiyarına verir. Təbii ki, bütün
bunlarla yanaşı müştəri xidməti keyfiyyətini də yaxşılaşdırmaq istiqamətində ciddi
işlər görür. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Kapital Bank-ın Baş
Pərakəndə Satış inzibatçısı Ramil İmamovdan müsahibə aldıq.
- Ramil müəllim, hazırda Kapital Bank-ın BirKart taksit kartı əhali
tərəfindən ən çox rəğbətlə qarşılanan kartdır. Hətta məvacibini və
təqaüdünü Kapital Bank-dan almayanlar da BirKart sahibi ola bilərlər.
Bir qədər bu barədə danışaq.
- Əsas hədəfimiz hazırda ölkədə lider olduğumuz pərakəndə bankçılıq
sahəsində inkişaf edib, liderliyimizi qorumaqdır. Bu sahədə son illər əsas
nailiyyətlərimizdən biri kredit və taksit kart funksiyalarını özündə
birləşdirən BirKart məhsulunun satışında yüksək nəticələr əldə etmək olub.
Təkcə 2019-cu ilin əvvəlində 200 000-nə yaxın BirKart əldə edən müştəri
olub ki, bunun da nəticəsi hazırda BirKart sahiblərinin sayı 430 000-nə çatıb.
Əminliklə deyə bilərəm ki, taksit kartları bazarında da birincilik bizim
bankımıza məxsusdur. Belə ki, ölkədə olan taksit kart müştərilərinin
təxminən 65%-i BirKart sahibidir. BirKart-ı daha əlçatan və sərfəli etmək
üçün bir sıra işlər həyata keçiririk. Bu ilin əvvəlindən başlayaraq məvacib
və təqaüdlərini Kapital Bank kartları ilə almayan şəxslər üçün çox cəlbedici
BirKart şərtləri təklif etməyə başlamışıq ki, nəticədə bu növ müştərilərimiz
günü-gündən artmaqdadır.
Bu sahədə daha bir uğurlu əməkdaşlığımız isə cari ildən təsis edilən BirKart
Bank Olmayan Kredit Təşkilatıdır (BOKT). Qeyd edim ki, hazırda həm
paytaxt Bakıda, həm də Gəncə və Sumqayıt şəhərlərində BOKT-un 14 filialı
xidmət göstərir. Bu filiallar əsasən partnyor mağazaları ilə eyni ünvanda,
ticarət mərkəzlərində, həmçinin artıq ötən aydan müstəqil şəkildə və müasir
dizaynda hazırlanan filiallarda fəaliyyət göstərir. Müştərilərə BOKT
filiallarında BirKart satışı həyata keçirilir, BirBank tətbiqi üzərindən
müxtəlif növ xidmətlər təklif olunur, həmçinin bu məhsullar üzrə istənilən
sualların cavabladırılması həyata keçirilir. Gələcəkdə Bankla BOKT
arasında olan qarşılıqlı razılığa əsasən bu sahədə əməkdaşlığın
genişləndirilməsi planlaşdırılır. Bu günədək BOKT filiallarından minlərlə

müştəri BirKart əldə edib ki, bunun da böyük əksəriyyətini məvaciblərini
Kapital Bank-dan almayan müştərilər təşkil edir. Həmçinin bu kartlar üzrə
limit məbləğlərinin 70%-dən çoxu taksit dövriyyəsinə yönəlib. Məhz bu
səbəbdən də taksit layihəsi üzrə partnyorlarımız son dövrlərdə BirKart
BOKT-la əməkdaşlığa xüsusi önəm verməyə başlayıblar. Partnyorlar
BirKart BOKT filiallarının mağazalarda fəaliyyət göstərməsinin, ehtiyaca
uyğun olaraq dərhal BirKart əldə etmə imkanlarının, taksitli alış-verişdən
yararlanmanın həm onlar, həm də müştərilər üçün böyük üstünlük
yaratdığını xüsusi ilə qeyd edir, satışları stimullaşdırdığını və müştəri
məmnunluğunun artmasına səbəb olduğunu vurğulayırlar.
- BirKart-ın partnyor şəbəkəsinin genişlənməsi istiqamətində hansı işlər
aparılır?
- Bu il qarşıya qoyduğumuz hədəflərdən biri də partnyor şəbəkəmizi daha da
genişləndirmək, əsas da regionlarda geniş şəbəkə ilə təmsil olunmaqdır.
Taksit partnyorlarımızın sayı 2017-ci ilin sonuna 300-ə yaxın idisə, indi bu
rəqəm təqribən 3000-dir. Bu partnyorlardan 830-ü regionlarda fəaliyyət
göstərir. Həm taksit funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına
görə, həm də cashback funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına
görə bazarda birinciyik. Həmçinin ötən ay bazara smart kassa cihazlarını ilk
təklif edən banklardan biri olaraq bu işi daha da sürətləndirməyi
hədəfləyirik. Bu cihazların çox funksiyanallığı partnyorlarımız və
müştərilərimiz üçün rahatlıq yaradır. Belə ki, smart kassalar Android
əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS
terminal, kassa aparatı, anbar uçot sistemi və printer fuksiyalarını birləşdirir.
- Xidmətlərin rəqəmsallaşması və optimallaşması sahəsində hansı
yenilikləriniz var?
- Bayaq qeyd etdiyim kimi Kapital Bank-ın hədəflərindən ən əsası müştərilərə
keyfiyyətli xidmət təklif etməkdir. Vacib olan məqamlardan biri
müştərilərimizin minimum vaxt sərf etməklə, maksimum onlayn xidmətlər
əldə etmələri üçün imkanlar və yeni kanallar yaratmaqdır. Təbii ki, bu
sahədə son dövrlərdə əsas addım BirBank mobil tətbiqinin müştərilərimizin
istifadəsinə vermək idi. Hazırda bu tətbiqin istifadəçi sayı 700 000 nəfərə
yaxındır. İndiki dövrdə tətbiq vasitəsi ilə çoxsaylı xidmətlərin həyata
keçirilməsinin, müştəri məmnunluğunun artmasına töhfə verəcəyinə
inanırıq. Həmçinin artıq müştərilərimiz üçün bir çox xidmətləri bankımıza
məxsus ödəniş terminallarında əldə etmək imkanları yaradılıb. Müştərilərə

24/7 xidmətinin göstərilməsi, xidmətin keyfiyyətinin və müştəri
məmnuniyyətinin artırılması məqsədilə filiallarımızda aparılan
əməliyyatların müəyyən hissəsinin ödəniş terminallarına keçirilməsiylə bağlı
layihə davam edir. Nəticədə əksər ödənişlər filial kassalarından terminallara
yönəldiriləcək ki, bu da aylıq ümumi kassa əməliyyatlarının 34%-i
deməkdir. Cari ilin sonunadək terminal saylarının 23%, növbəti ilin
sonunadək isə daha 25% artırılması planlaşdırılır ki, bunlardan 30%-i xarici
ödəniş terminalı olacaq. Onu da qeyd edim ki, paralel olaraq müştərilərimizə
təklif etdiyimiz bank xidmətlərinin müddətlərinin azaldılması məqsədilə
işlər aparılır. Cari ana artıq kredit satış prosesləri üzrə xidmət müddətini
ikiqat azaltmaya nail olmuşuq. Hədəfimiz bunu bütün xidmət növləri üzrə
həyata keçirmək və daim bütün növ xidmətlərin optimallaşdırılmasına nail
olmaqdır. O cümlədən artıq, BirKart əldə etmək istəyən müştərilərimizin
filialda minimal müddətə xidmət almaları üçün də imkanlar yaradılıb. Həm
dövlət, həm də özəl sektorda rəsmi olaraq çalışan və istənilən bankın
məvacib və təqaüd kartına sahib olan şəxslər kapitalbank.az və ya birkart.az
saytlarına onlayn müraciət edə, istənilən Kapital Bank və ya BirKart BOKT
filialını seçə və kartı maksimum 5 dəqiqə ərzində xidmət nöqtəsindən eldə
edə bilərlər.
- Kapital Bank ölkədə ən geniş filial şəbəkəsinə malikdir. Bu sahədə hansı
yeniliklər gözlənilir?
- Bu ildə də öncəki illərdə olduğu kimi ölkənin filial şəbəkəsinə görə
liderliyimizi qoruyuruq və həmçinin transformasiya layihəsi üzrə işlərimizi
davam etdiririk. Cari ildə bu sahədə əsas işimiz Naxçıvan Muxtar
Respublikası üzrə filiallarımızın yeni biznes proseslərə uyğun fəaliyyətini
təmin etmək və aktiv şəkildə məhsullarımızı müştərilərimizə təklif etmək
olub. Bunun nəticəsində nağd satışlarımız 7%, BirKart satışlarımız isə 9%-ə
yaxin artıb. Təbii ki , görülən işlər bununla tamamlanmır. Belə ki, cari ildə
şəbəkəmiz 2 filial və 2 şöbə ilə daha da genişlənib və il sonunadək bura
daha 6 struktur bölmənin əlavə olunması planlaşdırılır. Həmçinin filial və
şöbələr müasir tələblərə uyğun olaraq vahid korporativ dizayn
standartlarında təmir olunması üzrə 7 filialin cari ildə yenilənməsi nəzərdə
tutulur.
Sonda onu qeyd etmək istərdim ki, hər zaman olduğu kimi satış
imkanlarımızın və müştəri məmnunluğunun paralel şəkildə artırılması üçün
görüləcək işlər gələcəkdə də əsas məqsədlərimizdən olacaq.

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...