Maraqlı

Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər - FOTO

Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər - FOTO
 
Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər.

DİN Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, ətraf mühitin, təbiətin də mühafizəsi daim polis əməkdaşlarının diqqət və nəzarətindədir.

Belə ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun İspik kənd ərazisində xidmət aparan zaman meşəlik ərazidə yaralı ceyran görüblər. Hər zaman xeyirxahlıq və qayğıkeşliyi özlərinə vacib amil bilən polis əməkdaşları təbiətimizin gözəllik nümunəsinin yaralı halına biganə qalmayıblar. Dərhal onlar sıx meşəlikdə ölümlə üz-üzə köməksiz vəziyyətdə qalan ceyranı götürərək öz xidməti avtomobilləri ilə Quba Rayon Polis Şöbəsinə gətiriblər. 

Burada ceyrana ilk yardım göstərmək üçün əməkdaşlar şöbəyə rayon baytarlıq xidmətinin nümayəndələrini dəvət ediblər. Yaralı heyvana göstərilən bütün zəruri təxirəsalınmaz tədbirlərdən sonra canlının halı yaxşılaşıb. 

Daha sonra polis şöbəsinin əməkdaşları heyvanın sağlamlığının tam bərpa olunması və yenidən təbiətə qaytarılması üçün onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30