Qobustan rayonunda vətəndaşların səyyar qəbulu keçirilib - FOTOLAR

Qobustan rayonunda vətəndaşların səyyar qəbulu keçirilib - FOTOLAR
 

Azərbaycan Respublikası Milli Məclisində 50 saylı Abşeron-Qobustan seçki dairəsini təmsil edən deputat Şahin Seyidzadə 22-23 sentyabr tarixlərində vətəndaşlarla qəbullar həyata keçirib.

1 şəhər, 33 kənd və qəsəbədən ibarət olan Qobustan rayonu üzrə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq 2 gün ərzində keçirilən qəbullarda ümumilikdə 60-dan çox vətəndaş iştirak edib. Qəbulların birinci hissəsi 22 sentyabr günün birinci yarısı Poladlı, Yekəxana və Təsi kəndləri, ikinci yarısında isə Bədəlli, Cəmcəmli, Sədəfli kəndlərinin sakinləri ilə keçirilib. 23 sentyabr tarixində isə günün birinci yarısı Ərəbqədim, Nardaran kəndləri, günün ikinci yarısı isə Şıxzahırlı kəndi və İlanlı qəsəbə sakinləri ilə qəbul keçirilib.

Millət vəkilinin öz sosial şəbəkələrdə olan hesablarında görüşlər haqda yerləşdirilən məlumatlarda qeyd olunur ki, qəbullarda əsasən infrastruktur, kommunal, məşğulluq, kənd təsərrüfatı, social təminat, hüquq, torpaq, əmlak və təhsil sahələri üzrə müraciətlər səsləndirilib. Keçirilən qəbullarda Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, həmçinin adıçəkilən kəndlərin İcra Nümayəndələri də iştirak etmişdir.

Məlumat üçün qeyd edək ki, Millət vəkili Şahin Seyidzadə cari ayda təmsil etdiyi seçki dairəsinə Abşeron rayonu üzrə daxil olan kənd və qəsəbələrdən sakinlərlə 16 və 18 sentyabr tarixlərində qəbullar keçirmişdir.


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...