Qızıl uzun müddət yüksək dəyərini QORUYACAQ

Qızıl uzun müddət yüksək dəyərini QORUYACAQ

Qızılın qısamüddətli dövrdə ucuzlaşacağı, uzunmüddətli dövrdə bahalaşacağı gözlənilir. Bu qənaətdə olan xarici ekspertlər hesab edir ki, qızılın ucuzlaşması səbəbindən onun satmağa tələsmək lazım deyil.

 

Sfera.az bildirir ki, dünyanın əksər ölkələrində qızıl zinət əşyasından başqa həm də yığım vasitəsi kimi alınır. Buna görə də qızıl bahalaşanda ona olan tələb artdığı kimi, ucuzlaşdıqda da əks proses baş verir. Hazırda qızılın qiyməti əsasən aşağı səviyyədə seyr edir. Belə bir ehtimal mövcuddur ki, dünya iqtisadiyyatında sabitlik tam bərqərar olandan sonra qızılın dəyəri bir qədər də enəcək. Bu səbəbdən böyük miqdarda qızılı olan şəxslər, sərmayə şirkətləri risk etməmək üçün əllərində olan qızılı satmaq haqqında düşünür.


Amma bəzi sərmayəçilər tələsməməyi tövsiyə edir. Bu cür düşünənlərin fikrincə, qızılın qiymətində ani enmələr olacaq, amma uzun müddətdə qızıl bahalaşacaq.

 

İnvestorlara görə ABŞ Mərkəzi Bankının maliyyə siyasəti ilə bağlı həmlələrini zəiflətməsi, inflyasiyaya yaşıl işıq yandırması qızılı daha cazibəli sərmayə aləti kimi saxlayır.

 

Birjalarda yaxın aylarda səhmlərin, qiymətli kağızların bahalaşacağına dair proqnozlar var. Bu proqnozla əlaqədar bir çox insan indidən səhm və digər qiymətli kağızları almaq istəyir. Alıcılarda indi nağd vəsaitə daha çox ehtiyac yarandığından qızıl satmaq istəyənlər çoxalıb. Bu məqsədlər üçün qızılın satılması tövsiyə edilmir.


Vasif

Sfera.az

 



OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...