Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri

Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri
Müharibənin tozu dumanı çəkiləndən sonra diri qalan yeganəlik şəhidlərdir. Dağılmış evlər, yanmış ağaclar, top səsindən hələ özünə gəlməmiş dağların yeganə təsəllisi şəhid ruhlarıdır.
Son günlər tez-tez dinlədiyim, səbəbini də anlamadan azarına düşdüyüm bir video var, şəhid Xudayar Yusifzadənin dağların başında döyüş yoldaşları ilə "xeymə qurub” oxuduğu o mahnı:

Dumanlı dağların başında durdum
Dumandan özümə bir xeymə qurdum
Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar içində duman görünür...

Hərçənd, Xudayar bu bəndin son misrasını "Dumanlar başımda dastana döndü” oxuyur və mahnıya tamam ayrı çalar qatır.

Xudayarın "Vətən yaxşıdır” mahnısına hər gün qulaq asan tək mən deyiləm, dostlar, tanışlar, sosial şəbəkə əhli... Hamı mənim kimi, mən hamı kimi bu laübalı anın əsiriyik.

Burda nə sirr var, ilahi?

Dəfələrlə əlimi atmışam ki, Xudayardan yazım, alınmayıb...

Nə yazacam?

Şəkillənməyən, izah olunmayan bu mənzərə haqqında nə deyə bilərsən?

Axı burda nə var? Xudayar da yüzlərlə şəhidimizdən biridir. Fərq ondadırmı ki, o, mahnı oxuyur? Nə olsun, gözəl səsinin olması onu digər şəhidlərdən bu qədər fərqləndirə bilməzdi axı? Bəs bizi Xudayara dartan, hər gün onu dinlədən səbəb nədir?

Qıyıq gözlər, nurlu üzündə öz gələcək qəbri kimi çökən kişi qəmzələri, uzun boynu, dostlarına baxa-baxa hövlnak oxumağı...

Ətrafında oturanlar, "qurduqları o xeymə”də ilahi işığa bürünüb. Əminəm o insanlar nə bundan əvvəl, nə də sonra heç vaxt, heç yerdə bu qədər gözəl toplaşa bilməzdi.

Sözləri, oturuşları, baxışları bir daha o qədər gözəl ansambl yarada bilməz. Sanki o xeymə Tanrının işığından qurulub.

Haqqında qara-qara fikirlər, məşum cümlələr yazılmasına baxmayaraq, ölüm çox möhtəşəm hadisədir.

Ölümünü hiss edən, yaxud şüuraltı qəbul edən insanların üzünə inanılmaz təbəssüm, gözlərinə əsrin işığı qonur. Ağızlarından çıxan hər fikir su kimi axır...

Ölümün hənirtisi insanı bu qədər gözəlləşdirirsə, görəsən özü hansı gözəllikdə hadisədir?

Yazarın rəsmi, ruhu budur; çoxunun görə bilmədiyi incə məqamları adlandırmaq, bəzən yozmaq...

Lakin mən, bəlkə, bir aydır hər gün Xudayarın mahnısını dinləyirəm, onun başında dolanan halənin, insanı sehrinə salan o havanın səbəbini, adını axtarıram...

Alınmır...

Yəqin o halə elə ölümdür...

Ölümlərin ən gözəli...

Şəhidlik havası...

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...