Qəzaya uğrayan təyyarənin pilotlarının yalvarış səsləri yayıldı: “Allahım, ruhumu qəbul elə!” - VİDEO

Qəzaya uğrayan təyyarənin pilotlarının yalvarış səsləri yayıldı: “Allahım, ruhumu qəbul elə!” - VİDEO

Texasda qəzaya uğrayan yük təyyarəsinin pilotlarının son sözlərinin stenoqramı yayılıb.

Bu barədə "Daily Mail” xəbər verib.

Bildirilir ki, faciə cari ilin əvvəlində baş verib. Həmin vaxt "Boeing 767” təyyarəsi qəzaya uğrayan zaman pilot Şon Arçuleta, kapitan Riki Bleykli və birinci zabit Konrad Jül Askavas həlak olmuşdu.

Belə məlum olur ki, Mayamidən çıxan "Amazon”a aid təyyarədə hər şey son anda pisləşib.

Stenoqramda pilotlardan birinin sürət itirdiklərini dediyi eşidilir.

"Hanı mənim sürətim?”, - deyə o yüksək səslə soruşur.

"Biz dayanmışıq”, - deyə o biri pilot da yüksək səslə cavab verir.

Cümlələrin hansının hansı pilota aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Bir neçə dəqiqədən sonra pilotlardan birinin dua etdiyi eşidilir:

"Allahım, rəhm elə. Allahım rəhm elə”, - deyə pilotun yalvarış səsi gəlir.

Faciəyə anlar qalmış kimsə soruşur: "Nə baş verir?”

Bir anda "Yüksəl!”, - deyə insanların vahiməli qışqırtıları eşidilir.

Sonra isə yəqin ki, yaşama şansının olmadığını anlayan pilotlar şəhadət gətirirlər: "Allahım. Allahım, ruhumu qəbul elə!..”

Qəzanın səbəbləri hələ tam müəyyən olunmasa da, bunun pilot səhvi ola biləcəyi düşünülür. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...