“Atlas-5”in işlənilmiş ikinci pilləsində partlayış baş verib
Yol qəzaları
11:04 / 25.04.2019
573
ABŞ-ın orbitə olan “Atlas-5” raketinin işlənilmiş ikinci pilləsində partlayış baş verib.
Avtosfer.az RenTv-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin (HHQ) Kosmik Məkanın 18-ci eskadrilyası nəzarətindən məlumat verilib.
Raket orbitə 2018-ci ilin oktyabrında “AEHF-4” rabitə peyki ilə çıxıb.
Məlumatda bildirilir ki, qəzadan sonra onun 14 parçalanmış qalığı qalıb.
Amerikalı hərbiçiləri, qalıqların təhlükəli olub-olmadığı barədə açıqlama verməyiblər.
Yalnız məlumdur ki, partlayış hər hansı kosmik aparatla toqquşması nəticəsində baş verməyib.
Qeyd edək ki, 1961-ci ildən indiyə kimi orbitdə 250 dağılmış kosmik obyektlər var.
Namiq