Qərb Türkiyəni Yunanıstanın əli ilə “vurmağa” çalışır? - Açıqlama

Qərb Türkiyəni Yunanıstanın əli ilə “vurmağa” çalışır? - Açıqlama
"Türkiyə Egey və Aralıq dənizindəki Afinanın nəzarətində olan adaları öz təsir dairəsinə sala bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında iyulun 31-də Yunanıstan tərəfdən törədilən təxribat nəticəsində Türkiyənin Ədirnə şəhərində bir vətəndaşın öldürülməsinin təsadüf, yoxsa provakasiya olmasına aydınlıq gətirərkən, politoloq Məhəmməd Əsədullazadə deyib:
 
"Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizi və Kipr problemində kəskin münasibətlər hökm sürür. ABŞ və Avropa Birliyi bu məsələdə Afinanı dəstəkləyir. Şimali Kipr Türk Cümhuriyyətinin 44 illik tədbirinin keçirilməsi, Ərdoğanın bu respublikanın tanınması istiqamətində fəaliyyətə keçəcəyilə bağlı açıqlamaları isə Yunanıstanı və ona dəstək verən ölkələri narahat edib”.
 
Politoloqa görə, bu insidentdə bəzi Qərb ölkələrinin də rolu var: "Qərb mövcud situasiyadan yararlanmağa çalışaraq Afinanı provakasiyaya çəkir. Bu olay da təsadüfi deyil, bilərəkdən, qəsdən planlaşdırılan ssenarinin tərkib hissəsidir. Türkiyədəki yanğınlar, Yunanıstan tərəfdən qardaş ölkənin atəşə tutulması Qərbdəki bəzi dövlətlərin Türkiyəni sıxışdırmaq, təzyiq etmək cəhdidir”.
 
Ekspert düşünür ki, belə təxribatlarla Qərb həmin məkanda yeni bir münaqişə ocağı yaratmağa çalışır: "Lakin onların bu cəhdləri Türkiyəni heç bir zaman öz geosiyasi strategiyasından geri çəkməyə vadar edə bilməyəcək. Xüsusən də Şimali Kipr Türk Cümhuriyyətilə bağlı məsələdə. Ankara bu məsələnin də öhdəsindən gələcək”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...