No Image
No Image

Qəbul imtahanları bu tarixlərdə KEÇİRİLƏCƏK

Qəbul imtahanları bu tarixlərdə KEÇİRİLƏCƏK
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14 və 15-də keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən Sfera.az-a bildirilib ki, iştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Qeyd olunub ki, DİM tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından " İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

"İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Köhnə iqtisadi rayonlarla bağlı suallar qəbul imtahanlarından ÇIXARILDI

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. DİM-dən Sfera.az-a bildirilib ki, iqtisadi rayonların yeni bölgü...

Qəbul imtahanları bu tarixlərdə KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14 və 15-də keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Mərkəzdən Sfera.az-a bildir...

Təhsil Tələbə Krediti Fondu yaradılır - FƏRMAN

Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini geniş...

Bu il məktəblərdə “Son zəng” keçiriləcək - RƏSMİ

"Bu il məktəblərdə "Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq". Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlə...

Bu tələbələr dövlət imtahanından AZAD OLUNDU - RƏSMİ

Təhsil Nazirliyi tələbələrin yekun dövlət attestasiyası qaydalarını açıqlayıb. Nazirlikdən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ild...

“Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ÖDƏNİLMƏYƏCƏK

"Yay məktəbi”ndə I sinifdən başlayaraq X sinifə qədər hər kəs iştirak edə bilər. Əgər qrupda az sayda uşaq olarsa paralel siniflərin birləşdirilməsi, optimallaş...