\"Qəbələ\" və \"Səbail\"in UEFA yarışlarına buraxılmamasının səbəbi açıqlandı

\
 

"Qəbələ" və "Səbail" klublarının UEFA yarışlarında iştirak üçün lisenziya ala bilməməsinin səbəbi açıqlanıb.

Bu barədə hər iki klubdan məlumat verilib.

Əyalət təmsilçisinin prezidenti Fariz Nəcəfov bank təminatına görə avrokuboklara buraxılmadıqlarını söyləyib: "Premyer Liqa və UEFA üçün bank təminatının sənədləri fərqlidir. Təbii ki, UEFA lisenziyası üçün rəqəm daha yüksəkdir. Biz isə Premyer Liqa üçün bank təminatı təqdim etdik. Komandamızın avrokubok şansı davam etsəydi, bank təminatı da buna uyğun olardı. Digər bütün meyarlarda sənədlərimiz tam qaydasındadır".

"Səbail"in icraçı direktoru Fərəc Əliyev də eyni səbəbdən UEFA yarışları üçün lisenziya almadıqlarını bildirib: "Bank təminatımız yalnız Premyer Liqa ilə bağlıdır. Növbəti mövsüm avrokuboklar üçün bank zəmanəti təqdim etməmişik".

Qeyd edək ki, UEFA yarışları üçün bank təminatı 500 min manatdır. Daha əvvəl AFFA Lisenziyalaşdırma Komissiyası "Səbail" və "Qəbələ"nin avrokuboklar üçün lisenziya almadığını açıqlayıb. // "Report"


OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...