Qazimizin gözləri açıldı, həkimə şokolad hədiyyə etdi

Qazimizin gözləri açıldı, həkimə şokolad hədiyyə etdi
İsrailli həkim Vətən müharibəsi qazisi Arif Hacıyevin gözünü əməliyyat edərək görmə qabiliyyətini bərpa edib.

Bu barədə Sfera.az-a "YAŞAT Fondundan məlumat verilib. Bildirilir ki, A. Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yaralanıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.

Qazinin gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itib. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazinin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib. Onun sağalma prosesinin getdikcə daha da yaxşılaşacağı bildirilir. 

Qazimiz təşəkkür əlaməti olaraq həkiminə şokolad hədiyyə edib.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...