No Image
No Image

Qazi və şəhid ailələrinin evinə qaz verilib – “Azəriqaz”

Qazi və şəhid ailələrinin evinə qaz verilib – “Azəriqaz”
Ötən il dekabrın 15-dən 2021-ci il fevral ayının sonunadək 1-ci Qarabağ və Vətən Müharibəsinin iştirakşısı olan qazilərin, şəhid ailələrinin "Azəriqaz” İstehsalat Birliyinə 31 müraciəti daxil olub.

Birlikdən Sfera.az-a bildirilib ki, bunlar yalnız Birliyin Təmir-Tikinti İdarəsinin həyata keçirəcəyi işlərin siyahısıdır. Bundan başqa Regional qaz istismarı İdarələri də 8 bölgə üzrə onlarla eyni təbəqədən olan insanların müraciətlərinin icrasını tənzimləməkdədir. Bu igid övladlardan bir neçəsinin qəhrəmanlıq hekayəsini də nəzərdən keçirək.

Elgün Muradov və atası Nəriman Muradov torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur döyüşçülər olublar. Oğul 2020-ci il sentyabrın 27-də başlanılan Vətən Müharibəsinin, ata isə 1-ci Qarabağ Müharibənin iştirakçısı olub. Hər ikisi vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaqdan fəxr hissi keçirdiklərini deyirlər. Elgün Muradov Vətən Müharibəsində Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında şücaət göstərib. Onun atası Nəriman Muradov isə 1-ci Qarabağ Müharibəsində 1992-ci ildə Ağdərə, Tərtər, Qırmızıkənd istiqamətində döyüşüb.

Onlar Abşeron rayonu, Yeni Mehdiabad yaşayış massivindəki fərdi yaşayış evlərində təbii qazın olmadığı barədə "Azəriqaz” İB-yə müraciət ediblər. Qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinin müraciətlərinə diqqət göstərən Birlik bu müraciətə də həssaslıqla yanaşıb. Qısa müddət ərzində sözügedən yerdə qazlaşdırma işləri həyata keçirilib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hərbi Qənimətlər Parkında maketlərə toxunmaq, texnikaların üzərinə çıxmaq olmaz XƏBƏRDARLIQ - VİDEO

Bu günlərdə istifadəyə verilən Hərbi Qənimətlər Parkına gələn bəzi şəxslər sanki buranın bir muzey olduğundan xəbərdar deyillər. Onların içərisində elələri var ...

Kişilərə şəkillərini göndərən gəlinin anası DANIŞDI: "Qızımı qayınanası və əri..."- VİDEO

 ARB kanalında yayımlanan "Elgizlə izlə" verilişində şok anlar yaşanıb. Sfera.az  xəbər verir ki, bir müddət öncə həmin verilişə müraciət edən Rah...

"Qiyməti 17 min manatdan başlayır, 130 min manatadəkdir"

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edi...

Konstitusiya Məhkəməsinin növbəti iclası keçirildi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məh...

Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun İnstitut qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xid...

Qadın 2 yaşlı qızına görə 10 yaşlı oğlanın cinsiyyət orqanını kəsdi - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə qonaq gələn qadın şok açıqlamalar verib.  Aidə Əzizova adlı qadın qonşusundan şikayətlənib. Onun söz...