Qarla gələn təhlükə: Bakıda 25 avtomobil qəzaya uğradı

Qarla gələn təhlükə: Bakıda 25 avtomobil qəzaya uğradı
"Qar özü ilə bərabər müəyyən problemlər gətirdi. Hazırda paytaxtın inzibati ərazisində qarın yağması, çovğun, çiskin, duman , hətta şaxta müşahidə edilir. Xüsusilə enişli , yoxuşlu döngələr avtomobillərin hərəkəti ilə bağlı sürüşmə ehtimalı yaradır”.
 
Bunu Sfera.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, gecədən quurmun bütün şəxsi heyəti səfərbər edilib:

"Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərdə xidmət aparılır. Hazırda yollarda qarın təmizlənməsi prosesində yol polisinin köməyi ilə Bakı Şəhər İcra Hakimiyyətinin və "Azəravtoyol” servisinin texnikaları vasitəsilə proses davam etdirilir. Bütün bunlara baxmayaraq bu saata Bakı şəhər üzrə yol və metereoloji şəraitin düzgün nəzərə almaması, sürət həddinə diqqət yetirməməsi, əyləc sistemindən istifadə etməsi nəticəsində avtomobilin sürüşüb maneəyə dəyməsi ilə bağlı 25 yol qəza hadisəsi baş verib. Eyni zamanda 9 nəqliyyat vasitəsinin texniki cəhətdən saz idarə edilməsi həmin avtomobillərin xarab olub yolun hərəkət hissəsində qalması da problem yaşadır”.

Qurum rəsmisi xəbərdarlıq edib ki, texniki cəhətdən nasaz avtomobillər idarə edilməməlidir:

"İdarə edilən nəqliyyat vasitəsinin təkərlərinə, protektorların qalınlığına diqqət edilməlidir. Belə hava şəraitində peşəkar sürücülərin hərəkətinə şərait yaradılmalı, sürət həddinə, ara məsafəsinə fikir verilməlidir. Dövlət nömrə cihazlarının, eləcə də işıq cihazlarının təmiz olması vacib şərtlərdən biridir. Əgər sürüşmə ehtimalı olan ərazidə sürücülər hərəkətdə çətinlik çəkirlərsə, təkərlərin təzyiqini nisbətən endirib sürətlər qüdsünün hesabına hərəkət etməlidir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...