Qaradağ Gənclər Evinin təşəbbüsü ilə “Polisə dəstək” adlı sosial aksiya həyata keçirilib - FOTOLAR

Qaradağ Gənclər Evinin təşəbbüsü ilə “Polisə dəstək” adlı sosial aksiya həyata keçirilib - FOTOLAR

2 iyul Polis günü münasibətilə, eyni zamanda ölkəmizdə yeni növ koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində Qaradağ Gənclər Evinin təşəbbüsü və könüllüləri tərəfindən "Polisə dəstək” adlı sosial aksiya həyata keçirilmişdir.

Belə ki, Qaradağ Gənclər Evinin könüllüləri yeni növ koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə Qaradağ rayonu ərazisində tətbiq olunmuş stasionar postlarda gecə gündüz sağlamlığımızın qorunmasında əvəzsiz rolu olan polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib və daha sonra isti yay günləri ilə əlaqədar şəxsi heyyətə sərinləşdirici su ilə dolu paketlər paylayıb.

Polislərimizə bu şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayan könüllülər, daim gənclərin Azərbaycan polisinin yanında olduğun vurğulayaraq, ictimai asayişin qorunmasında əvəzsiz xidmətlərinə görə onlara təşəkkür edib.

Qeyd edək ki, Ümummili Lider Heydər Əliyevin 24 may 1998-ci il, 710 nömrəli fərmanına əsasən 2 iyul tarixi Azərbaycan Polis əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.



OXŞAR XƏBƏRLƏR

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...