İdman

“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı

“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı

Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən "Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb. 

 

 

Sfera.az xəbər verir ki, bu barədə cənubi afrikalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında söyləyib. Çində koronavirus pandemiyası yayılmağa başlayan zaman ölkəsinə qayıdan oyunçu artıq Çinə dönüb. Forvard açıqlamasında Çindəki vəziyyətdən də danışıb:

"Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantinə alındım. Bu sağlamlığım üçün vacibdir. Burada hamı maskalı və əlcəkdədirlər. Deyə bilərəm ki, artıq Çində bu virusun qarşısını almağın yollarını öyrəniblər.  Buradan çıxdıqdan sonra komanda ilə birgə məşqlərə başlayacağam”.

Qeyd edək ki, Dino Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. (yeni sabah)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930