No Image

"Qarabağ"dan UEFA-nın qərarı ilə bağlı AÇIQLAMA

 "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun Kiprin Larnaka şəhərinə salınmasına münasibət bildirib.

Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov UEFA-nın belə qərar qəbul edə biləcəyini gözlədiklərini söyləyib.

Onun sözlərinə görə, Norveç hökumətinin addımı ədalətsizdir: "UEFA-dan istənilən qərarı gözləyirdik. Qitə futbol qurumuna da bildirdik ki, Norveç hökumətinin qəbul etdiyi qərar ədalətsizdir. Digər federasiyaların UEFA-ya göstərdiyi münasibəti Norveç Futbol Federasiyası göstərmədi. Bunu ədalətsizlik hesab edirik. Onlar futbol qanunlarını yox, öz klublarını düşündülər. Bu da federasiya baxımından qəbuledilməz xətdir".

A.Əsgərov bildirib ki, UEFA dövlətlərin qərarlarına müdaxilə edə bilmədiyi üçün bu addımı atıb: "Normalda qurum bizim arqumentlərimizə indiyədək cavab verə bilmir, haqlı olduğumuzu deyirlər. Sadəcə, məqsəd futbolun olmasıdır. Bunu əngəlləyəcək hansısa səbəb varsa, UEFA buna uyğun qərar verməlidir. Bilirsiniz ki, Norveç klubu Bakıdan qayıtdıqdan sonra 10 gün karantində qalmalı idi".

"Qarabağ" rəsmisi oyunun keçirilmə yeri olaraq Kipri seçmələrinin səbəbini də izah edib: "Vaxt çox azdır. Kiprə hamımız komanda ilə birlikdə gedəcəyik. Təşkilati məsələlər nominal meydan sahibi kimi bizə aid olacaq. Burada viza məsələsi də rol oynadı. Digər 3 ölkəyə Şengen vizası lazım olacaqdı. Bunu isə 2-3 gün ərzində etmək mümkün deyildi. Kipr hökumətinin yalnız komandanın üzvlərinə hava limanında viza təşkil etməsi üçün danışıq aparırıq".

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. (report)

OXŞAR XƏBƏRLƏR

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

"Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən a...

"Qalatasaray" Azərbaycana dəstək - FOTO

Türkiyənin "Qalatasaray" futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub. Sfera.az-ın məlumatına görə, İstanbul təmsilçisi bu ...

“Neftçi”nin baş məşqçisi: “Komandam bu gün yaxşı oynamadı”

"Nə qədər çalışsaq da, komandanı oyuna istədiyimiz kimi kökləyə bilmədik. Rəqib bizdən daha istəkli idi. Bu, meydanda da görünürdü. Çox top itkilərimiz olurdu. ...

"Qəbələ"nin baş məşqçisi: "Bura 3 xal dalınca gəlmişdik"

"Bu gün futboldan danışmaq ikinci plana keçir. Öncə ordumuzun qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, ordumuz bizi yenə sevin...

Hemilton Rusiya Qran-prisində təsnifat mərhələsinin qalibi oldu

 "Mercedes”in britaniyalı pilotu Lüis Hemilton "Formula 1": Rusiya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub. Sfera.az xəbər verir ki, o, dairə...

"Real Madrid" itki ilə üzləşdi

 İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo La Liqanın III turunda "Betis"lə matçda iştirak etməyəcək.  Sfera.az Madrid təmsilçisinin...