"Qarabağ" klubunda koronavirus testlərinin nəticələri bəlli oldu

 

"Qarabağ" klubunun üzvlərindən götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub. 

Ağdam təmsilçisindən Sfera.az-a verilən məlumata görə, klubun bütün üzvlərinin testi mənfi çıxıb və onlarda virus aşkarlanmayıb.  

Qeyd edək ki, "Qarabağ"ın rəhbərliyi, məşqçilər heyəti, futbolçuları başda olmaqla, bütün klub işçiləri mayın 15-də koronavirus testi veriblər. 


OXŞAR XƏBƏRLƏR