"Qarabağ" - "Kayrat" oyunu üçün biletlərin yarısı satıldı

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyun böyük maraqla qarşılanıb.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, qarşılaşma üçün 2 günə 7 mindən çox bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15 min bilet satışa çıxarılıb.

Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR