Qarabağ qazisi: \"SOCAR əməkdaşına hücum edən şəxs Qarabağ əlili deyil, onun ayağı Rusiyada kəsilib\"

Qarabağ qazisi: \
 
"Biz hazırda SOCAR-ın əməkdaşlarına hücum edən şəxslərlə bağlı araşdırma aparırıq, bir neçə günə bu barədə geniş məlumat veriləcək. Həmin əlillərin kim olduqlarını araşdırırıq. Bu şəxslərin hələlik ikisini tapmışam. Biri ümumiyyətlə Qarabağ əlili deyil. Məhəmmədəli adlı şəxs 2011-ci ildə Rusiyada ona-buna "pul atdığına” görə tüfənglə vurublar və xəstəxanada ayağı kəsilib, Azərbaycanda isə Qarabağ əlillik vəsiqəsini alıb. Digəri - Sərxan adlı şəxs özünə aidiyyatı olmayan obyektlərə gedib, özünü Qarabağ əlili kimi tədim edir”.

Bunu Bakı Müharibə və Əlil və Veteranları İctimai Birliyi üzvü, Qarabağ əlili Əlişir Mirzəyev özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib.

"Çünki bu şəxslərin içərisində başqa-başqa adamlarından pul alıb gedib, obyekt sahiblərini döyürlər. Məhəmmədəli ümumiyyətlə Qartabağ əlili deyil. 2014-cü ildə Qarabağ əlili vəsiqəsi alıb. Əlillərin içərisində belələri çoxdur. Araşdırmamız bitən kimi, geniş məlumat veriləcək. Məhəmmədəli ilə bağlı dövlət qurumlarına, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət etmişəm, hazırda araşdırma aparılır”, - deyə, Ə.Mirzəyev əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...