“Qarabağ” böyük hesabla qalib gələcək – Siyasətçi təxminləri

“Qarabağ” böyük hesabla qalib gələcək – Siyasətçi təxminləri


"Doğma klubumuzdan hər zaman qələbə gözləmişəm. "Qarabağ həm buna layiqdir, həm də qalib gəlməyi bacarır. Komandamız özünün möhtəşəm oyunu ilə nəyə layiq olduğunu dəfələrlə sübut edib”.


Bu sözləri Sfera.az-a açıqlamasında futbol üzrə Avroliqa yarışları çərçivəsində bu gün Lüksenburqun "Düdelanj” klubu ilə qarşılaşacaq Ağdamın "Qarabağ” klubundan nələri gözlədiyi barədə sualı cavablandırarkən siyasi icmalçı Azər Həsrətdeyib: "Ümidliyəm ki, "Qarabağ” klubu bu dəfə də xalqımızı sevindirəcək. Ən azından komandanın baş məşqçisi Qurban Qurbanovun milli vətənpərvər ruhu bizə belə düşünməyə əsas verir”.


Milli Məclisin deputatı Aqil Abbas da Azərbaycan klubunun qələbəsinə əmindir:""Qarabağ” bugünkü görüşdə mütləq qələbə qazanacaq. Həm də proqnozlaşdırıram ki, bu qələbə böyük hesablı olacaq. Klubumuzun qrupda ikinci yeri tutaraq yarışların növbəti mərhələsinə adlayacağına inanıram”.

 

AXP sədri Pənah Hüseyn oyunun "Qarabağ” üçün uğurlu alınmasını arzulayıb:"Bugünkü matçı televiziyadan izləməyə çalışacam. Əvvəlki illərdən fərqli olaraq indi çılğın futbol azarkeşi deyiləm. Amma klublarımız, xüsusən də "Qarabağ” oynayanda şübhəsiz ki, həyəcanlanırıq. Yeganə arzumuz o olur ki, oyun komandamız üçün uğurlu olsun. Amma bugünkü oyunla bağlı konkret proqnoz verməkdə çətinlik çəkirəm”.

 

KXCP sədri Mirmahmud Mirəlioğlu vaxt azlığı səbəbindən futbolla maraqlanmadığını desə də "Qarabağ”a güvənir: "Vaxt azlığına baxmayaraq millimizin və klunblarımızın beynəlxalq miqyaslı matçlarına baxmağa çalışıram. Təbii olaraq, hər dəfə də yalnız qələbə gözləyirik. Bu mənada bugünkü qarşılaşmada "Qarabağ”a da uğurlar arzulayıram. Ümid edirəm ki, qələbəyə sevinəcəyik”.

 

Qeyd edək ki, Lüksemburqun "Jozi Bartel” stadionunda keçiriləcək "Düdelanj” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...