\"Qara cümə\" fırıldağı: Alıcılar necə aldadılır?

\
Bu gün dünyada "Black Friday”- yəni "Qara Cümə” günü keçirilir. Bir çox iri şirkətlərdə, ticarət mərkəzləri və mağazalarda yüksək endirim kampaniyaları təqdim olunur. Lakin ölkəmizdə hər il bu günlə bağlı müəyyən problemlər yaşanır. İstehlakçılar adətən endirimlərin reallıqla uyğun olmadığını, əslində məhsul qiymətinin əvvəlcədən bahalaşdırılıb, məhz "Qara Cümə” günündə əvvəlki qiymətinə qaytarıldığını qeyd edirlər.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, adətən "Qara Cümə” günündən sonra şikayətlər daxil olurdu:

"Lakin dünəndən istehlakçılar müəyyən fikirlər səsləndiriblər. Məsələn, bununla bağlı 5 telefon zəngi gəlib. İstehlakçılar marketləri gəzir, dünənki qiymətləri bilmək, bu günkü qiymətlərin necə olacağını öyrənmək istəyirlər – yəni müqayisə etmək. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanda satılan bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. Ancaq bu belə deyil. Biz görürük ki, hətta endirim olan zaman  guya köhnə qiymətin üstündən xətt çəkirlər, yeni qiymət yazırlar və s. Əslində, "Qara Cümə”  dünyada biznes qurumlarının istehlakçıları qapıdan içəri salmaq üçün bir fəndidir. İstehlakçı dükandan içəri girəndə orada ayrı bir ab-hava olur, xüsusən Azərbaycanda bu özünü daha bariz göstərir”.

Müsahibimizin sözlərinə görə, "Qara Cümə” günlərində bəzi mallar endirimdə olmur, bəzən saxta, vaxtı keçmiş, standarta uyğun olmayan, defektli malların satışı da həyata keçirilir:

"İstehlakçı reklamlara, çağırışlara aludə olur və sonda hüquqlarının pozulma halları müşahidə edilir. Düzdür, hətta 70 faiz də endirimin olması mümkündür. Yəni istehsalçı müəssisəsinin iqtisadi siyasətindən qaynaqlanan bu cür endirimləri təklif edə bilər. Amma bununla bərabər, xüsusilə mürəkkəb texniki mallarda işlənmiş, təmirdən çıxmış, köhnəlmiş malların satışı da baş verir. Ciddi istehlakçı hüquqlarının pozulma hallarından biri də budur ki, "Qara Cümə” günlərində istehlakçı tələbatını ödəməyən mal olduqda, onu dəyişmək və ya qaytarmaq istəyir, amma bunun endirim zamanı alındığını, mümkün olmadığını deyirlər. Bu da qanuna ziddir. Hətta endirim kampaniyaları vaxtı alınmış mallar istehlakçının tələbatını ödəməzsə, onu kassa çeki olmaq şərtilə, 14 gün müddətində dəyişmək və ya qaytarmaq olar – maldan istifadə olunmayıbsa, görünüşü pozulmayıbsa. Bir sözlə, istehlakçıları "Qara Cümə” kampaniyalarına inanmamağa, məhsulları diqqətlə yoxlamağa səsləyirəm. Bir daha qeyd edirəm ki, belə günlər bütün dünyada istehlakçıları aldatmaq üçün biznes qurumlarının oyunudur”.

Qeyd edək ki, "Qara Cümə” ABŞ-da noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükranlıq günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Lakin bu günə "Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Bunun səbəbini isə həmin gün Filadelfiyada alış-veriş üçün nəqliyyatda yaranan "tıxac”lar və digər çətinliklər göstərilmişdi.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...