Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yaxın 2 gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 18-23 m/s, arabir 25 m/s, 13-dən 14-nə keçən gecə və 14-də səhər arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

Qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı var.

14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq 14-ü axşamadək yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 13-ü axşamdan 16-dək şimal-qərb, qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Yağıntı 14-ü axşamadək davam edəcək.

Havanın minimal temperaturunun 14-dən 15-nə keçən gecə Mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacağı gözlənilir.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Səhərə qədər yatmamışam, icra başçısı da orada idi” - Heykəlin müəllifi

"Ötən gün Prezident İlham Əliyevlə birgə Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışında iştirak etmək gözəl hissdir". Sfera.az xəbər verir ki, bu fikirl...

Yoluxanların bu günə olan statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 930 yeni yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...

Qarabağda işləmək istəyən şəxslərin NƏZƏRİNƏ! - Bu güzəştlər olacaq

İşğaldan azad edilmiş ərazilərdə yaradılmış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentləri ölkənin bütün sənaye parklarına şamil...

Pekres Laçın dəhlizindən necə keçib? - Qarabağa qanunsuz səfər edən Fransa prezidentliyinə namizədlə bağlı şok faktlar

Xankəndinə qanunsuz səfəri ilə Azərbaycan ictimaiyyətinə adını mənfi mənada tanıtdırmağı bacaran Fransa prezidenliyinə namizəd Valeri Pekreslə bağlı maraqlı det...

Daha 359 nəfər koronavirusa yoluxub, 8 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...

Yağıntılı hava nə vaxta qədər davam edəcək?

Bu gün axşama doğru yağıntılar tədricən kəsiləcək. Sfera.az  Trend-ə istinadən bildirir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülş...