\"Qalatasaray\"ın prezidenti əməliyyat olunacaq

16:25 / 05.05.2020
2295
Türkiyə "Qalatasaray"ı bir neçə gün öncə xəstəxanaya yerləşdirilmiş klub prezidenti Mustafa Cengizlə bağlı açıqlama yayıb.
Sfera.az xəbər verir ki, Cengizin səhhəti ilə bağlı bir neçə əməliyyat keçirəcəyi bildirilib.
Hazırda onun vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Qeyd edək ki, Mustafa Cengiz halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.