Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı - QƏRAR

Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı - QƏRAR
Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.

Sfera.az-ın məlumatına görə,  Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib.

Siyahıya aşağıdakı mallar daxildir:

- Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

- Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

- Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)

- Dezinfeksiyaedici vasitələr

- Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

- Baxillər

- Steril və qeyri-steril əlcəklər

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)

istehsalında istifadə olunan parçalar

- Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər

- Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik

tənəffüs aparatı

- İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına əsasən, bu il iyulun 1-dək yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılmışdı. Beləliklə, qərara edilən dəyişikliklə həm ölkədən aparılması məhdudlaşdırılan malların siyahısı genişləndirilib, həm də malların ölkədən aparılmasına qoyulan məhdudiyyətin müddəti iyulun 1-dən sentyabrın 1-dək uzadılıb.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...