Putini küçə söyüşləri ilə söyən aparıcı qovuldu - Kanal işini bərpa etdi

Putini küçə söyüşləri ilə söyən aparıcı qovuldu - Kanal işini bərpa etdi
 

Ötən gecə etirazlar səbəbindən yayımını dörd saata yaxın dayandıran Gürcüstanın müxalif "Rustavi 2” televiziya kanalı yayımını bərpa edib.

Sfera.az "Report”a istinadla xəbər verir ki, bu gün səhər saat 07:30-da kanal əməkdaşları yenidən efirə çıxıblar. 

"Rustavi 2”nin baş direktoru Nika Qvaramia bildirib ki, yayımın dayandırılması barədə qərar təhlükəsizlik baxımından qəbul edilib.

Qeyd edək ki, "Rustavi 2”yə qarşı etirazlara səbəb ötən axşam efirdə yayımlanan "Postskriptum” proqramı olub. Aparıcı Giorgi QabuniaRusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqramı Gürcüstan hökuməti və ictimaiyyəti böyük narazılıqla qarşılayaraq, bunu dövlət və xalqa qarşı təxribat kimi qiymətləndiriblər.

Gecə saatlarında televiziya kanalının ofisi yaxınlığında kütləvi etiraz aksiyası keçirilib. Etirazçıların bir qismi G.Gabunianın üzr istəməsini, digər qismi isə kanalın bağlanmasını tələb ediblər. "Rustavi 2” kanalının rəhbərliyi G.Qabunianın ifadələrinə görə tamaşaçılardan üzr istəyib.

Etiraz fonunda televiziya kanalının iki əməkdaşı işdən çıxıb.  


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...