“Putin Baydenlə görüşdə etiraf etdi ki...” - Açıqlama

“Putin Baydenlə görüşdə etiraf etdi ki...” - Açıqlama
"Görüş gərgin olan münasibətlərin yumşalmasına töhfə verəcək”.

Bu sözləri Sfera.az-a açıqlamasında Cenevrə şəhərində ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşün nəticələrini şərh edərkən, politoloq Elşən Mirzəoğlu deyib:

"Baydenlə Putin görüşünün müəyyən nəticələri artıq bəllidir.  Tərəflər münasibətlərdəki gərginliyin aradan qaldırılmasında maraqlı olduqlarını bəyan etdi. Səfirliklərin bərpa olunması istiqamətində razılıq əldə olundu. Ukrayna məsələsi də  gündəmdə oldu. Bu problemin Minsk razılığı kontekstində həlli yolunda danışıqların davam etdirilməsinin vacibliyi vurğulandı. Bu da daha çox Rusiya tərəfini məmnun edir.
 
Ancaq ABŞ-da bu istiqamətdə gərginliyin artmasında maraqlı olmadığını ortaya qoydu. Dünyanın müxtəlif bölgələrindəki bəzi regional münaqişələr ətrafında da müzakirələr aparıldı. Ən əsası kiber təhlükəsizliyi sahəsində əməkdaşlığın davam etdirilməsi və hər iki tərəfi qayğılandıran həmin problemin həlli istiqamətində uzlaşdırılmış addımların atılması yolunda müəyyən razılıqlar əldə olundu”.
 
Həmsöhbətimiz hər halda ümid edir ki, görüş ABŞ Rusiya münasibətlərində yüksələn xətlə artan gərginliyin aradan qaldırılmasına töhfə verəcək: "Putin etiraf etdi ki, ABŞ-ın sanksiyaları Rusiyanı müəyyən dərəcədə sıxışdırsa da, bütövlükdə bu şimal ölkəsi üçün kritik hədd olmadı. Hər iki tərəf "qırmızı xətti” keçməməklə bağlı müzakirələr aparsa da, bu "qırmızı xətt”in nədən ibarət olması barədə məsələyə aydınlıq gətirilmədi. Silahlanma və orta, yaxın mənzilli raketlərlə bağlı birgə və əlbir siaysətin aparılması dünyanı təhdid edən bu təhlükənin aradan qaldırılması yolunda əldə edilən əsas nəticələrindən biri kimi qəbul oluna bilər”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...