No Image
No Image

Prokurorluqdan Tərtərdə qadının qətli ilə bağlı rəsmi açıqlama

Prokurorluqdan Tərtərdə qadının qətli ilə bağlı rəsmi açıqlama
İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sfera.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabirabadda gözətçi qadını öldürən polis həbs edildi

İyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə...

Vüqar Səfərlinin dəstəsinin üzvləri restoran icarədarları olub — Məhkəmədə yeni faktlar açıqladı

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İs...

17 prokurorluq əməkdaşı məsuliyyətə cəlb edildi

Bu gün Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Müşavirədə qeyd...

Bakıda küçədə narkotik satan şəxsi döydülər - VİDEO

Bakıda küçədə narkotik satan şəxs sakinlər tərəfindən linç edilib.  Sfera.az-n məlumatına görə, hadisə Qaradağ rayonu  Lökbatan qəsəbəsində baş ...

Vüqar Səfərlinin məhkəməsi başlayıb

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayıl...

Azərbaycanda daha bir dəhşət: Ana 18 yaşlı qızını tualetdə zəncirlə bağlayıb...

Bərdədə 18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb.   Sfera.az-ın məlumatına görə, Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Yusufova ...