Professor peyvənddən sonra ağırlaşmaların səbəbini açıqladı: \"Buna əməl olunmasa...\"

Professor peyvənddən sonra ağırlaşmaların səbəbini açıqladı: \
"Peyvənd bütün hallarda müvafiq infeksiyanın orqanizmdə "nisbi xəstələnmə modelini” yaradır. İstənilən halda, peyvənddən sonra inyeksiya yerində ağrının olması, hətta bir neçə gün davam etməsi, qızdırma, üşütmə, halsızlıq, ishal, baş, əzələ, oynaq ağısı və s. normal gözləntilərdir”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssisin sözlərinə görə, sadalanan əlamətlər peyvəndin yan təsirləri deyil, yalnız formalaşan immunitetə orqanizmin lokal və ya sistem reaksiyasıdır:

"Əlamətlər qısa müddətdən sonra tamamilə aradan qalxır. İnfeksiyaya tutulub sağalan şəxslərdə əmələ gələn immunitet, peyvəndlərin əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur. Mutant ştammından asılı olmayaraq, bütün təkrari yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni fəsli infeksiya kimi keçirir. 

Hazırkı pandemiya şəraitində koronavirus əleyhinə peyvəndlərin vurulması mütləq şəkildə lazımdır. Lakin bu infeksiyanın istənilən klinik formasını keçirib sağalmış şəxslərə qoruyucu antitellərin pozitiv titri zamanı peyvənd vurulması məsləhət deyil, bunu etmək olmaz. İndiki şəraitdə vaksinasiya qeyri-rəsmi olsa da, məcburidir.  Belə olan halda, xəstəlikdən sağalan, lakin qeydiyyata düşməyən şəxslərin məlum zaman müddəti gözlənilmədən, peyvənd olunacağı təqdirdə, onların arasında  kəskin klinik əlamət və qeyri-spesifik effektlərin meydana çıxması ehtimalı istisna olunmur. Odur ki, bunu vaksinin ayağına yazıb, peyvəndə qarşı insanlarda inamsızlıq, qorxu və ruhi sarsıntı yaratmaq düzgün deyil”.

Professor xatırladıb ki, peyvəndləmə mütləq könüllülük prinsipi əsasında aparılmalıdır:

"Təbii ki, heç kim ölmək istəmir. İnsanlara bütün reallıqlar izah edilib düzgün təlimatlandırılarsa, bu istiqamətdə mövcud bütün problemlər aradan qalxacaq. Peyvənd olunmadığı halda, COVİD-19-a qarşı qoruyucu İgG antitellərinin titrinin pozitivliyi təsdiq olunmuş istənilən vətəndaşımız bu infeksiyaya yoluxub-sağalmış şəxs kimi qeydiyyata alınmalı, onların ad və soyadı portala salınmaqla, həmin şəxslərə immunitet pasportu və vaksinasiyadan məlum möhlət hüququ verilməlidir. Bunlara əməl olunarsa, heç vaxt peyvənddən sonra kimsənin ağır vəziyyətə düşməsi haqqında xəbər eşitməyəcəyik”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...