Prezidentin təltif etdiyi Fərhad Əhmədov kimdir? – Uğurlu həyat hekayəsi ilə tanışlıq

Prezidentin təltif etdiyi Fərhad Əhmədov kimdir? – Uğurlu həyat hekayəsi ilə tanışlıq

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov "Dostluq” ordeni ilə təltif edilib.



Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.


Qeyd edək ki, Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçay rayonunda anadan olub. Azərbaycan əsilli rusiyalı milyarderin dünən 65 yaşı tamam olub.

Sfera.az oxuculara "Dostluq” ordenli həmyerlimizin keçdiyi həyat yolunu təqdim edir.


15 yaşında Moskvadan başlayan həyat hekayəsi


İndi çoxlarının malik olduğu gözqamaşdıran sərvətinə həsədlə baxdığı Fərhad Əhmədov bunları heç də asanlıqla əldə etməyib. Gəncliyindən zəhmətkeşliyi və əzmi ilə yaşıdlarından fərqlənən Fərhad Əhmədov 15 yaşında o vaxtkı SSRİ-nin paytaxtı Moskva şəhərinə gəlib. Burada qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirən qəhrəmanımız daha sonra ordu sıralarında hərbi xidmətə yola düşüb.


1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Daha sonra isə təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.



Fərhad Əhmədov adı Rusiya elitasında tez-tez və daha ucadan eşidilməyə başlayır


Həmyerlimiz 1987-ci ildə "Tansley Trading" şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb və bundan sonra o diqqətləri daha çox üzərinə çəkməyi bacarır. Xatırladaq ki, onun rəhbərlik etdiyi "Transley Tradinq"in tərəfdaşları arasında "Qazprom" kimi nəhəng şirkətlər var idi. Şirkət neft, eləcə də xüsusi neft-qaz avadanlıqlarının təchizatı ilə məşğul olurdu.


Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ideoloqu kimi çıxış edərək, bu layihəyə "Amoso Eurasia" və "McDermott" kimi nəhəng şirkətləri cəlb edir.


1993-cü ildə "Transley Tradinq"in adı dəyişdirilərək "Farko Qrup" olur. "Farko Qrup" Rusiyanın Şimal-Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alır. Elə həmin ildən etibarən F.Əhmədov bu yataqda hasilat işləri aparan "Nortqaz" şirkətinin Direktorlar şurasının üzvü olur. 1999-2004-cü illər arasında isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayır. 2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra "Nortqaz"ın prezidenti vəzifəsindən könüllü istefa verir.


O həm də elmi araşdırmaların müəllifidir



Paralel olaraq Fərhad Əhmədov elmi fəaliyyətlə də məşğul olur. O, Rusiya və MDB ölkələrinin neft-qaz kompleksinin problemləri ilə bağlı çoxsaylı monoqrafiya və elmi məqalələrin müəllifidir. 1997-ci ildən Texnoloji Elmlər üzrə Beynəlxalq Akademiyanın müxbir üzvüdür. O, 2000-ci ildə İ.M.Qubin adına Rusiya Neft və Qaz Dövlət Universitetinin aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. 1996-2006-cı illər arasında "Neft-qaz üfüqləri" jurnalının naşiri olub.


"Forbes" dərgisinin məlumatına görə, Krasnodar vilayətini təmsil edən senator F.Əhmədovla "Qazprom" arasında "Nortqaz" kompaniyasını nəzarətdə saxlamaq uğrunda davam edən uzunmüddətli münaqişə nəhayət ki, uğurla başa çatıb. Və senatorun iddia etdiyinə görə, o, "Qazprom"un kiçik tərəfdaşı qismində özünü çox rahat hiss edir:


"Nortqaz"da hasilat işləri uğurla aparılır, bütün işlər nizama salınıb, münasibətlər isə əla səviyyədədir. Artıq ürəyim üçün xoş olan işlərlə məşğul ola, misal üçün, atamın xatirəsi üçün nəsə bir iş görə bilərəm".



 

Azərbaycan iqtisadiyyatına qatqısı


Sahibkar bu məqsəd üçün Azərbaycanda yerləşən, bir zamanlar atasının rəhbərlik etdiyi nar şirəsi istehsalı üzrə AzNar adlı kiçik zavodu satın alıb. F.Əhmədovun bir xobbisi də qiymətli rəsm əsərləridir. Onun rəsm kolleksiyasında Ayvazovskinin 24 əsəri var.


Son zamanlar F.Əhmədov şəxsi neft kompaniyasının yaradılması haqqında düşünür. O, bu gün Rusiya parlamentinin milyardçı deputatları arasında 1,4 milyard dollar gəlirlə 7-ci yerdə gedir.

 

Ailəlidir, beş uşağı var. Rus dilindən savayı ingilis və doğma Azərbaycan dilində sərbəst danışır.


Hazırladı: Şahin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu - VİDEO

Kür çayında mühərriki dayanan Kater turistlərin qorxusuna səbəb olub.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kürün Mingəçevirdən k...

İsraildən Qəzzaya zərbə: Ləxvani öldürüldü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının dəniz xüsusi təyinatlı dəstəsinin üzvünü öldürüb.   Sfera.az xəbər verir ki, bu barəd...

Ərdoğan: İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir

İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ...

Günəşin üzərində uçan müəmmalı obyekt aşkarlandı

Alimlər teleskop vasitəsilə Günəşin üzərində təxminən 150 min km-lik qanada bənzəyən obyekt aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiy...

Batabat yolunda ağır qəza: yaralılar var

Naxçıvanda baş verən ağır yol qəzasında 5 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazis...

Mənsum İbrahimovdan Röyanın Kann-a getməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Xalq artisti Mənsum İbrahimov Xalq artisti Röya Ayxanın Kann Film Festivalında iştirakı ilə bağlı tənqidi fikirlər səsləndirənlərə münasibət bildirib.  ...