“Prezidentin gənclərə böyük etimadı var” - Deputat

“Prezidentin gənclərə böyük etimadı var” - Deputat
 "Prezidentimiz qətiyyətli addımlar ataraq perspektivli gəncləri dəyərləndirir. Sözsüz ki, istər daxildə, istərsə də beynəlxalq arenada uğurlu siyasət aparmaq, dövlətçilik və xalqa yüksək səviyyədə xidmət göstərmək üçün bilili, peşəkar və ən əsası yenilikçi gənclərə ehtiyac var. Bu gün fəaliyyətdə olan və yetişən gənclik bu meyarlara cavab verir. Həm də bu meyarların tam təmin olunması üçün də ölkə rəhbərliyi səviyyəsində gənclər üçün geniş imkanlar yaradılır”.

Bunu bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.
 
Deputat deyib ki, bugün ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir: "Cənab Prezident İlham Əliyevin rəhbərləri ilə ölkəmizdə yürüdülən siyasət, yenidənqurma və islahatlar mərhələsinin arxa fonunda və gələcək hədəflərinin təməlində gənclər dayanır.

Ölkəmizdə bir çox sahədə aparılan islahatlarda gənc və peşəkar kadrlar iştirakçı olaraq, sözügedən islahatların uğurlu nəticələrindən faydalanır. Cənab Prezident İlham Əliyevin 3 saylı DOST Mərkəzinin açılışında bildirdiyi kimi "...gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var..”.

Gənc və peşəkar kadrların məsuliyyətli vəzifələrdə olması onu göstərir ki, Prezidentin gənclərə böyük etimadı var. Qısa müddətdə icra hakimiyyəti orqanları və Milli Məclisdə kadr islahatları aparılaraq gənc kadrlar üçün geniş imkanlar yaradılıb. Rəhbər vəzifələr də daxil olmaqla bir çox sahə üzrə gənc kadrlar vəzifəyə təyin edilir. Artıq gənclər öz bacarıq və perspektivləri ilə həm xalqa, həm də dövlətçiliyə faydalı xidmət göstərir”.

Deputat Şahin Seyidzadə deyib ki, gənclərin ictimai-siyasi və ümumi əmək fəaliyyəti ölkə rəhbərliyi tərəfindən müsbət qiymətləndirir: "Hal-hazırda Azərbaycan gəncliyi bir çox sahədə uğur qazanaraq ölkəmizi layiqincə təmsil edir. Biz bu gün rahatlıqla deyə bilərik ki, gənclər ölkə səviyyəsində cəmiyyətin önəmli təbəqəsidir. Çünki bunu onlar öz fəal addımları ilə sübut ediblər. Bu fəallıq özünü könüllülük sahəsində də göstərir. Könüllülər pandemiya dövründə tətbiq olunan xüsusi karantin rejimində faəllıq göstərərək tibb, sosial və digər sahələrdə öz peşəkarlığını göstərdi”.

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...