\"Prezidentimizi yalnız televizorda görmüşdüm...\" - İlham Əliyev evinə qonaq gəldi, gözlərinə inanmadı

\
 

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub, Xuraman Həsənovanın evinə baş çəkib, ailə üzvləri ilə süfrə arxasında söhbət edib.

Sfera.az xəbər verir ki, azərtac-ın müxbiri həmin evdə olub, ev sahibinin təəssüratlarını öyrənib.

Xuraman nənə bildirib ki, dövlət başçısının onlara qonaq gəlməsi onun üçün gözlənilməz olub: "Düzünü desəm, gözləmirdim, mənim üçün unudulmaz bir an oldu. Prezidentimizin evimizə gələrək mənzilin açarlarını bizə təqdim etməsi ailəmiz üçün ən böyük hədiyyədir. Çox sevindik, uçmağa qanadımız olmadı. Mənim 75 yaşım var, indiyədək Prezidentimizi yalnız televizorda görmüşdüm. Amma onunla görüşməyi, özü də evimdə... Sevincimizi ifadə etməyə söz tapanmıram”.

Xuraman nənənin oğlu Fərdar Həsənov deyir ki, Şamaxıdakı zəlzələdən sonra dövlət başçısı tərəfindən sakinlərə göstərilən diqqət və qayğı hər bir şamaxılının ürəyincə olub.

"Zəlzələ baş verəndən sonra Prezidentimiz bir neçə dəfə Şamaxıya gəlib. Qəzalı evlərin yenidən tikilməsi üçün tapşırıq verib, vəsait ayırıb. Bunun nəticəsində yeni evlər tikilərək sakinlərə verildi. Allah onun canını sağ eləsin”, - deyə Fərdar Həsənov bildirir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...