Prezidentdən yeni TƏYİNAT: Səhiyyə naziri vəzifəsinin icrası ona tapşırıldı

Prezidentdən yeni TƏYİNAT: Səhiyyə naziri vəzifəsinin icrası ona tapşırıldı
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.
 
Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.
 
Qeyd edək ki, T. Musayev bundan öncə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.


OXŞAR XƏBƏRLƏR